Ana Sayfa > Xəbər > “Selfi”nin çəkilməsi üçün avtomat aparatlar yaradıldı
“Selfi”nin çəkilməsi üçün avtomat aparatlar yaradıldı21-10-2015, 10:20. Yazar: admin |
Yaponiyada “selfi” çəkərək fotoşəkili populyar “Line” messenceri vasitəsilə bölüşməyə imkan verən avtomat aparatlar quraşdırılıb. İKT.lent.az-ın "4PDA”ya istinadən xəbərinə görə, aparatların quraşdırılması ilə müxtəlif növ içkilər istehsal edən yerli “Kirin” şirkəti məşğul olur. Bildirilir ki, qurğu təkcə fotoşəkil çəkərək onu internetə yerləşdirməyə yox, həm də fotoşəkilin fonunu dəyişməyə, effektlər yaratmağa, məsələn, insanı tropik çimərlik sahilində təsvir etməyə imkan verir. “Kirin” şirkəti artıq oktyabrdan Yaponiyada “selfi”-avtomat aparatlarının quraşdırılmasına başlamağı planlaşdırır. Aparatların interfeysindən bir neçə dildə istifadə mümkün olacaq. Bu səbəbdən qeyri-adi qurğudan ölkəyə gələn əcnəbi turistlər də yararlana biləcək. Geri dön |