Ana Sayfa > Xəbər > Sərxoş avtobus sürücülərinin cəzası sərtləşdirildi

Sərxoş avtobus sürücülərinin cəzası sərtləşdirildi


20-10-2015, 17:18. Yazar: admin
Sərxoş avtobus sürücülərinin cəzası sərtləşdirildi
Azərbaycanda avtobusu sərxoş idarə edən sürücülərə qarşı xüsusi cəzalar tətbiq ediləcək.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəllələrinə təklif edilən əlavələrdə öz əksini tapıb.

Məcəllənin 152-1-ci maddəsinə nəzərdə tutulan əlavəyə əsasən, sərxoş vəziyyətdə sərnişin daşımağa görə nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur.

Eyni xətanı il ərzində inzibati tənbeh alan şəxs təkrar törədərsə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs cəzasının tətbiqi təklif olunur.

Əlavədə qeyd olunan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif edilir.

Geri dön