Ana Sayfa > Xəbər > Daha bir qurum Nəqliyyat Nazirliyindən alınacaq
Daha bir qurum Nəqliyyat Nazirliyindən alınacaq20-10-2015, 16:36. Yazar: admin |
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub APA-nın məlumatına görə, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”. Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib. Geri dön |