Ana Sayfa > Xəbər > Aşura günü oruc tutmaq olarmı?

Aşura günü oruc tutmaq olarmı?


20-10-2015, 15:57. Yazar: admin
Aşura günü oruc tutmaq olarmı?
Son günlər vəhhabilərə məxsus media orqanları Aşura günü oruc tutulmasının vacibliyi ilə bağlı cəmiyyətdə çaşdırıcı informasiyalar yaymaqla məşğuldur. Onlar dediklərini sübuta yetirmək üçün özlərinə məxsus kitablardan heç bir kamil mənbəyi olmayan dəlillər də gətirirlər. Bəs əslində necədir, Aşura günü oruc tutulması ilə bağlı İslami mənbələrdə hansı hökmlər var?

Bu barədə FaktXəbər-ə açıqlama verən ilahiyyatçı Emil Rahiloğlunun fikirlərini təqdim edirik:

Öncəliklə buna diqqət yetirmək lazımdır ki, dinimizin bizə oruc tutulması haram olan günlərin arasında Aşura gününün olmaması hamımıza aydındır.

Oruc tutmaq Allah-taalanın namazdan sonra daha vacib buyurduğu ibadətlərdən biridir. Onun nə qədər əhəmiyyətli olması hamımıza məlumdur. Həmçinin İslam fiqhində vacib (Ramazan ayının orucu, qəza və and orucları), haram (Qurban bayramı, Rramazan bayramı), müstəhəb (Cümə günləri, Qədir-xum bayramı və sair.), məkruh (övladın valideyndən, qonağın ev sahibindən icazəsiz oruc tutması) oruclar barəsində geniş danışılmışdır. Amma Aşura gününün orucu barəsində ayrıca müzakirələr edilmiş və barəsində mətn baxımından fərqli olmasına baxmayaraq, məzmun baxımından eynilik təşkil edən fətva verilmişdir. Fətvada Aşura günündə günün tam oruc tutulması məkruh sayılmışdır. Amma günün yarısına qədər ac və susuz qalmaq, Peyğəmbər ailəsinin dərdinə şərik olmaq niyyəti ilə yeyib-içməmək məsləhət bilinmişdir. Əlbəttə, sünnü və şiə fəqihlərinin fiqhi məsələlərində ayə və hədislərdən istifadə edərək fətva vermək üsulları tam fərqli olmasına baxmayaraq, sünnü fiqhində bu günün oruc tutulmasının müstəhəb əməl olması haqqında konkret hökm yoxdur.

Sözügedən açıqlamada isə bu günün oruc tutulmasının savab və Peyğəmbər sünnəsi olması iddia olunur. Peyğəmbərdən bu barədə olan hədislərin zəif olmasını (yetərsiz dəlil) nəzərə almayaraq, əgər onların səhih kitablarına müraciət etsək, yenə də bu gündə oruc tutulmasının müstəhəbliyi haqqında hədisə rast gəlmirik. Bundan əlavə, nəql olunan hədislərin bəzisinin bir-birinin əksinə olduğunu müşahidə edirik. Məsələn, Səhihi Müslümün “əl-Soum”(oruc) kitabında ibn Məsuddan belə nəql olunur:

“Ramazan ayının orucu vacib olmazdan öncə Aşura günündə oruc tuturdular. Amma Ramazan ayında oruc tutmaq vacib olduqdan sonra daha bu gündə oruc tutmadılar”(əl-Soum kitabı, hədis 1794).

Eyni kitabın digər yerində isə yazır:
“Cahil ərəblərdə Aşura günün oruc tutmaq adət olduğu üçün Peyğəmbər də bu gündə onlara baxıb oruc tutardı. Digər bir hədisdə isə “Peyğəmbər Aşura günü oruc tutmağın fəzilətindən xəbərsiz idi. Amma Mədinəyə hicrət etdikdən sonra bunu yəhudilərdən öyrəndi. (əl-Soum kitabı, hədis 1900,3726-3727)”” yazır.

Hətta bu gündə oruc tutmaq haqqında Peyğəmbərdən belə bir hədis mövcud olmuş olsa belə, Kərbəla qiyamından sonra bu gündə oruc tutmaq imamlarımız tərəfindən qadağan olundu. Çünki bəni-Üməyyə Peyğəmbər ailəsindən aldığı intiqama görə bayram edərək, bu gündə oruc tutmağı fəzilət hesab edərək oruc tutur və digərlərinə də bunu əmr edirdilər. İmam Sadiqdən (ə) bu gündə oruc tutmaq barəsində bir çox suallar soruşulmuş və İmam cavabında, “Bu gün kim oruc tutsa, qiyamət günün bəni-Üməyyə ilə məşhur olacaq ” cavabını vermişdir. Həmçinin İmam Rzadan (ə) da bu gündə oruc tutmamaq barəsində çoxlu hədislər mövcuddur.”

Qeyd etmək yerinə düşərdi ki, vəhhabi mediası hər il Məhərrəm ayında bu və sair mövzuları ortaya atmaqla müsəlmanlar arasında çaşqınlıq yaratmaq, bununla da Kərbəlada baş verən faciəni adi bir qan davası və ya qohumlar arasındakı hadisə kimi qələmə vermək istəyirlər. Onların Aşura günü oruc tutmaqla bağlı ortaya atdığı iddia da belələrindəndir.

Geri dön