Ana Sayfa > Xəbər > Kommunistlər Putindən ölüm hökmünün qaytarılmasını xahiş edirlər
Kommunistlər Putindən ölüm hökmünün qaytarılmasını xahiş edirlər20-10-2015, 15:54. Yazar: admin |
Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) prezident Vladimir Putindənə vətəndaşın vəhşicəsinə öldürülməsinə səbəb olan cinayətlər törədənlərə qarşı ölüm hökmü cəzasının tətbiqinin bərpasını xahiş edəcəklər. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda Dövlət Dumasının deputatı, RFKP-nin hüquq xidmətinin rəhbəri Vadim Solovyov məlumat verib. “Biz belə müraciət hazırlayırıq. Bu onunla bağlıdır ki, son zamanlar dövlət vəzifəsini tutan şəxslərə, deputatlara qarşı zorakılıq cinayətlərinin sayı artıb”, - Solovyov deyib. Geri dön |