Ana Sayfa > Xəbər > Prezidentlərin danışıqlarının gündəliyi həmsədrlərin regiona səfərindən asılıdır

Prezidentlərin danışıqlarının gündəliyi həmsədrlərin regiona səfərindən asılıdır


20-10-2015, 15:34. Yazar: admin
Prezidentlərin danışıqlarının gündəliyi həmsədrlərin regiona səfərindən asılıdır
Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək gündəliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona qarşıdakı səfərlərindən asılıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov kosta-rikalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ya prezidentlərin özləri danışıqlar üçün mövzunu seçəcəklər, ya da həmsədrlər yeni təkliflərlə çıxış edəcəklər: "Həmsədrlərin regiona səfəri 26-28 oktyabr tarixində gözlənilir".

Geri dön