Ana Sayfa > Xəbər > Rusiya aviasiyası Suriyaya yeni zərbələr endirdi: 45 nəfər öldü
Rusiya aviasiyası Suriyaya yeni zərbələr endirdi: 45 nəfər öldü20-10-2015, 15:30. Yazar: admin |
Suriyaya yerləşdirilən Rusiya aviasiyasının Latakiya vilayətini bombalaması nəticəsində 45 nəfər həlak olub. Modern.az xəbər verir ki, “Suriya İnsan Haqları üzrə Monitorinq Missiyası”nın məlumatına görə, zərbələr mötədil müxalifətin Cabal əl-Akrad şəhəri yaxınlığındakı mövqelərinə endirilən zərbələr 120 insanın ölümü və yaralanması ilə nəticələnib. Həlak olanlar arasında “Suriya Azadlıq Ordu”sunun 1-ci diviziya qrupunun komandiri Rami Əbdürrəhman və daha 3 yüksək vəzifəli zabit həlak olub. Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon isə Rusiyanın 3 həftədir davam edən hava əməliyyatlarının yüzlərlə dinc suriyalının ölümünə səbəb olduğunu deyib. Geri dön |