Ana Sayfa > Xəbər > Bank müştərinin hesabına səhvən 6 milyard pul köçürdü
Bank müştərinin hesabına səhvən 6 milyard pul köçürdü20-10-2015, 15:09. Yazar: admin |
Almaniyanın “Deutsche Bank” bankı səhvən müştərinin (ABŞ-ın hedge fonduna) hesabına 6 milyard ABŞ dolları köçürüb. Bu barədə AzVision.az “The Financial Times”-a istinadən xəbər verir. Pul köçürülməsi əməliyyatı bankın əməkdaşlarından biri tərəfindən həyata keçirilib. Bankın əməkdaşının səhvi bundan ibarət olub ki, o gün ərzində əməliyyatlardan sonra təmiz gəliri çıxartmayıb, yalnız ümumi məbləği götürməyib. Bank artıq baş verən hadisələrlə bağlı tənzimləyicilərə Böyük Britaniyanın maliyyə nəzarət bürosu, Avropa Mərkəzi Bankı və ABŞ-ın Federal rezerv sisteminə xəbərdarlıq edilib. Növbəti gün 6 milyard “Deutsche Bank”-ın hesabatına qaytarılıb. Ümumi qəbul olunan praktikaya əsasən bank həmişə “dörd göz” praktikasından istifadə edə bilər. Bu praktikaya əsasən istənilən böyük məbləğli tranzaksiya ən azı bankın iki əməkdaşı tərəfindən yoxlanılmalıdır. Lakin bu dəfə hər hansı bəbə görə bu baş verməyib. Geri dön |