Ana Sayfa > Xəbər > Azərbaycanın məşhur memarı vəfat edib

Azərbaycanın məşhur memarı vəfat edib


20-10-2015, 10:41. Yazar: admin
Azərbaycanın məşhur memarı vəfat edib
Azərbaycanın məşhur memarı vəfat edib.

Vertikal.az "Report"a istinadən xəbər verir ki, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, professor Rəfael Müseyib oğlu Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, Rəfael Həsənov Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti və təftiş komissiyasının sədri, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dizayn kafedrasının müdiri olub.

Geri dön