Ana Sayfa > Xəbər > Səudiyyə Ərəbistanı rejimi qadağan edilmiş bombalardan istifadə edir
Səudiyyə Ərəbistanı rejimi qadağan edilmiş bombalardan istifadə edir3-04-2015, 17:00. Yazar: admin |
Beynəlxalq İnsan Haqları Müşahidə Təşkilatı yaydığı bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə qarşı təşkil etdiyi hücumda əllərində qadağan olunmuş silahlar istifadə etdiyini göstərən dəlil və sənədlərin olduğunu bildirib. FaktXəbər-in məlumatına görə, "Əl-Əhd" xəbər saytı yazır ki, təşkilat Yəmən xalqına qarşı Ərəbistanın hücumunun dayandırılması üçün beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. Təşkilat Səudiyyənin başçılıq etdiyi koalisiyanın istifadə etdiyi salxım bombaları ilə bağlı məsələnin qayğıverici olduğunu bildirir. Bu arada qeyd edək ki, Ənsarullah hərəkatı qüvvələri Yəmənin Ədən şəhərində Prezident Sarayına daxil olublar. Yerli mənbələr bildirirlər ki, fərari prezidentin tərəfdarı olan silahlılar da ərazini tərk etməyə başlayıblar. Geri dön |