Ana Sayfa > Xəbər > "Mənə qarşı çaşanların aqibəti pis olur" - Nadir

"Mənə qarşı çaşanların aqibəti pis olur" - Nadir


19-10-2015, 13:22. Yazar: admin
"Mənə qarşı çaşanların aqibəti pis olur" - Nadir
Müğənni Nadir Qafarzadə “Sən xoşbəxt ol” adlı yeni mahnı səsləndirib

Bəstənin sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsusdur.

İfaçı əməkdaşımızla söhbətində yeniliklərinin çox olduğunu bildirib:

“Müğənninin işi mahnı oxumaq və klip çəkdirməkdir. Mən də illərdir ki, bu işi edirəm. Tamaşaçı və ya dinləyicilər əməyimizi qiymətləndirmək əvəzinə, bəzən sosial şəbəkədə tənqidi mesajlar da yazırlar. Həmin sözləri yazanlar isə öz cavablarını alırlar. Heç bir neqativ mesaj mənim kefimi korlaya bilməz. Onlara fikir versəydim, mən bu gün Nadir Qafarzadə olmazdım. Siz danışmağınızda, tənqid etməyinizdə olun. Amma çaşmayın. Mənə qarşı çaşanların aqibəti pis olur”.(axşam.az)

Geri dön