Ana Sayfa > Xəbər > Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb
Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb19-10-2015, 12:27. Yazar: admin |
Samux rayonunda orta məktəbdə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Sərxan Məmmədov məktəbin dəhlizində yıxılaraq ağır kəllə-beyin travması alıb. S. Məmmədov dərhal Gəncə şəhərindəki xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Geri dön |