Ana Sayfa > Xəbər > Piyada yol qəzasının qurbanı oldu

Piyada yol qəzasının qurbanı oldu


16-10-2015, 13:25. Yazar: admin
Piyada yol qəzasının qurbanı oldu
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində Göygöl rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Valeh Musayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

R.Məmmədov izahatında V.Musayevin ondan öncə müəyyən edilməmiş digər avtomobillə vurulmasını bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Geri dön