Ana Sayfa > Xəbər > Həbs edilən direktor Azərbaycanın məşhur şairinin yeznəsi imiş
Həbs edilən direktor Azərbaycanın məşhur şairinin yeznəsi imiş16-10-2015, 10:08. Yazar: admin |
Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin yeznəsi həbs edilib. Vertikal.az criminal.az-a istinadən xəbər verir ki, onu Azərbaycandan qaçmaq istəyərkən həbs ediblər. Həmin şəxs R.Behrudinin bacısının həyat yoldaşı Səməd Sadıqovdur. S.Sadıqov oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərərkən saxlanılıb. S.Sadıqovun dövlət banklarına olan külli miqdarda borcu olub və ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub. O, həm də televiziya direktorudur. S.Sadıqov "CityTV" televiziyasının təsisçisi və direktorudur. Eyni zamanda "Powerful" şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışır. Geri dön |