Ana Sayfa > Xəbər > Nazir qohumunu necə bank rəhbəri etdi?

Nazir qohumunu necə bank rəhbəri etdi?


3-04-2015, 15:40. Yazar: admin
Nazir qohumunu necə bank rəhbəri etdi?
“Paşabank”a yeni rəhbər təyin olunub.

Tia.az xəbər verir ki, yeni rəhbər təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. Cəlal Qasımov bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Bu vəzifəyə seçilməsində nazir qohumunun dəstəyi olduğu vurğulanır. İddialara görə, nazir qohumu üçün mərkəzi dairələrlə məsləhətləşmə aparıb.
C.Qasımov əvvəllər “Bank of Baku” və “Unibank”-da məsul vəzifələrdə çalışıb. C.Qasımov 1979-cu ildə anadan olub. Ali təhsilini bitirdikdən sonra bir müddət Rusiyada çalışıb. Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan az sonra o Bakıya çağırılıb, bank sahəsində çalışmağa başlayıb.

Geri dön