Ana Sayfa > Xəbər > “Baş direktorun müavini öz təşəbbüsü ilə işdən azad olunub”

“Baş direktorun müavini öz təşəbbüsü ilə işdən azad olunub”


15-10-2015, 15:45. Yazar: admin
“Baş direktorun müavini öz təşəbbüsü ilə işdən azad olunub”
Xəbər verdiyimiz kimi “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub. 4 il əvvəl bu vəzifəyə təyin olunan Qamət Məmmədovun vəzifədən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar əsas gətirilir.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev məsələ ilə bağlı Modern.az saytına açıqlama verib:

“Qamət Məmmədov oktyabr ayının 14-də öz təşəbbüsü ilə işdən azad olunub”.

Geri dön