Ana Sayfa > Xəbər > “Nuriyyənin vəfatı məni yandırdı”

“Nuriyyənin vəfatı məni yandırdı”


15-10-2015, 12:56. Yazar: admin
“Nuriyyənin vəfatı məni yandırdı”
Xalq artisti Ramiz Əzizbəyli “Günə baxan” verilişinə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti səhhətindən danışıb:

“Əlim-ayağım bir az işləmir, şikayətim yoxdur. 68 yaşım olacaq. Xəstəlik aman versə, bayıra çıxaram. İki ildir ki, xəstəyəm. Min manat prezident təqaüdü, 500 manat da adi təqaüd alıram. Gəlirim yaxşıdır.
Sənət dostlarım mənə tez-tez baş çəkir, hamısından razıyam. Estrada kafedrasını yaradıb, məni rəhbər qoymuşdular. Mən xəstə olandan sonra kafedra dağıldı. İlham Namiq Kamal məni universitetə dəvət etmişdi. İndi danışmırıq, yola gedə bilmədik”.

Əzizbəyli həmkarı Nuriyyə Əhmədovanın ölümündən də bəhs edib:

“Nuriyyənin vəfatı məni yandırdı, Allah ona rəhmət etsin. Oğul-qız itirdi. sənətkar unikal şəxsdir. Hər an sənətkar dünyaya gəlmir, sənətə gələn bəzi aktyorlar özlərini itirir. Sənətkarlar isə daim yaşayır”.

Geri dön