Ana Sayfa > Xəbər > "Məni niyə həbs etsinlər ki?"
"Məni niyə həbs etsinlər ki?"15-10-2015, 12:54. Yazar: admin |
`Həbs edilməyim haqda deyilənlər doğru deyil. Məni niyə həbs etsinlər ki? Düzdür, hazırda polis bölməsində izahat verirəm, amma həbs edilməmişəm` Bunu AzVision.az- açıqlamasında Kəlbəcər girovu Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov bu gün səhər saatlarında həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Hazırda polis idarəsində olduğunu deyən S. Əsgərov: “Həyətimdə tikdiyim ev məsələsinə görə, polis idarəsindəyəm. Polislə mübahisəm düşdüyü üçün izahat verirəm” - deyə, əlavə edib. Qeyd edək ki, bu gün mətbuatda düşmən əsirliyində saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov səhər saatlarında həbs edilməsi xəbəri yayılıb. Həbsə səbəb həyətyanı sahəsində yenicə tikdikləri ev olub. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi icra nümayəndəsi, bələdiyyə sədri və əllidən çox polis onların tikdiyi evi söküb. Nəticədə tərəflər arasında mübahisə düşüb və Sahib Əsgərov polis bölməsinə aparılıb. Xatırladaq ki, bu gün həbs edilən Sahib Əsgərovun qardaşı Dilqəm Əsgərov ötən ilin iyulunda öz ata-anasının qəbrini ziyarətə gedərkən işğal altındakı Kəlbəcər rayonunda erməni separatçıları tərəfindən əsir götürülüb. O, hələ də heç bir əsas gətirilmədən düşmən əsirliyində saxlanılır. Geri dön |