Ana Sayfa > Xəbər > İbrahim Məmmədovun yerinə təyinatla bağlı xəbərə reaksiya

İbrahim Məmmədovun yerinə təyinatla bağlı xəbərə reaksiya


15-10-2015, 11:46. Yazar: admin
İbrahim Məmmədovun yerinə təyinatla bağlı xəbərə reaksiya
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti qurumun sabiq sədr müavini İbrahim Məmmədovun yerinə təyinatla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Televiziyanın mətbuat xidmətindən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədovun yerinə təyin olunduğunu deyilən Rövşən Məmmədovla bağlı yazılanlar köhnə informasiyadır. Məlumata görə, R.Məmmədov "Həftə" analitik proqramına avqust ayından aparıcılıq edir: ""Günün nəbzi" verilişini isə həm Rövşən Məmmədov, həm də digər aparıcı aparır. Yəni "Günün nəbzi" verilişini tək Rövşən Məmmədov aparmır. Ona görə bu cür xəbərlər yazmaq düzgün deyil. Rövşən Məmmədovun İbrahim Məmmədovun verilişinə aparıcılıq etməsi hələ olun yerinə təyinat alması demək deyil. Aparıcı əgər işdən çıxırsa, onu, əlbəttə ki, başqa bir aparıcı əvəzləməlidir. Bundan əlavə, Rövşən Məmmədov həmin verilişə aparıcılıq etməyə başladığı avqust ayında hələ İbrahim Məmmədov AzTV-dən çıxarılmamışdı".

Qeyd edək ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib. O, "Region TV"də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

Hazırda Bakı Dövlət Universitetində (BDU) dərs deyən Rövşən Məmmədov isə bundan əvvəl "Lider" televiziyasında və "İTV"də çalışıb.

Geri dön