Ana Sayfa > Xəbər > Saakaşvili 26 yaşlı qızı Odessa gömrüyünə başçı gətirir

Saakaşvili 26 yaşlı qızı Odessa gömrüyünə başçı gətirir


14-10-2015, 17:35. Yazar: admin
Saakaşvili 26 yaşlı qızı Odessa gömrüyünə başçı gətirir
Odessa vilayətinin gömrüyünə Ukrayna tarixində ən gənc sədr təyin oluna bilər.

Avropa.info xəbər verir ki, bu şəxs Saakaşvilinin şəxsi köməkçisi Yuliya Maruşevskayadır. Saakaşvili bu haqda “7-ci kanal”ın efirində danışıb:

“Ümid edirəm ki, Yuliya Maruşevskaya elə gələn həftə Odessa gömrüyündə öz vəzifəsinə başlaya bilər”

O, deyib ki, gömrüyün yeni heyəti konkurs əsasında seçiləcək. Bundan əlavə Saakaşvili gömrüyün bütün heyətini dəyişdirmək və ora nəzarət edən bütün orqanları ləğv etmək sözü verib.

Maruşevskayanın karyerası Maydan hərəkatı zamanı başlamışdı. Sonradan Saakaşvili onu öz müavini təyin etdi.

Geri dön