Ana Sayfa > Xəbər > AMEA-da kadr dəyişikliyi edildi

AMEA-da kadr dəyişikliyi edildi


14-10-2015, 16:55. Yazar: admin
AMEA-da kadr dəyişikliyi edildi
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təyin ediliblər.

Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi fond işləri üzrə direktor müavini-baş mühafiz, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini-ekspozisiyanın müdiri vəzifələrinə təyin olunublar.

Geri dön