Ana Sayfa > Xəbər > Sabah “Qanlı Ay tutulması” olacaq
Sabah “Qanlı Ay tutulması” olacaq3-04-2015, 12:21. Yazar: admin |
Sabah Yer sakinləri “Qanlı Ay tutulması”-nın şahidi olacaq. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək. Tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək. Qeyd edək ki, tünd qırmızı tonlar hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rənginə görə bəzən onu “qanlı” adlandırırlar. Bildirilib ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək. Geri dön |