Ana Sayfa > Xəbər > Rusiya İŞİD-lə mübarizədə digər ölkələrlə tərəfdaşlığa hazırdır - Sergey Lavrov
Rusiya İŞİD-lə mübarizədə digər ölkələrlə tərəfdaşlığa hazırdır - Sergey Lavrov14-10-2015, 16:43. Yazar: admin |
"Rusiya İŞİD-lə mübarizədə digər ölkələrlə tərəfdaşlığa hazırdır. Birgə fəaliyyət nəticə verməyə qadirdir." SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib: “Bütün ölkələrlə, o cümlədən bilavasitə terror təhlükəsi ilə qarşılaşan dövlətlərlə ən sıx qarşılıqlı fəaliyyətə hazırıq. Aydındır ki, terrorizmlə mübarizə tapşırığı hamı üçün prioritetdir. Hazırkı - bir o qədər sakit olmayan vəziyyətdə dünya işlərində tam bərabərhüquqluluq və həqiqi tərəfdaşlıq əsasında səyli diplomatik iş siyasəti vasitəsilə anlaşmaq lazımdır. Rusiya buna hazırdır.” Rusiya XİN rəhbərinin sözlərinə əsasən, “birgə fəaliyyətlər müasir dövrün hətta ən çətin və qarışıq problemlərinin həllində də proqresə gətirib çıxarmağa qadirdir”. Geri dön |