Ana Sayfa > Xəbər > “Bilmirəm, bizə nə olmuşdu” – Rahid Əmirquliyev
“Bilmirəm, bizə nə olmuşdu” – Rahid Əmirquliyev14-10-2015, 16:20. Yazar: admin |
Milli komandamızın üzvü Rahid Əmirquliyev “Avro-2016”nın seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən (0:2) sonra müsahibə verib. Hafta.az Qol.Az-a istinadən müsahibəni təqdim edir: - Millimiz Bolqarıstana tam fərqli istəklə gəlmişdi. Komandamızdan ən azı yaxşı oyun gözləyirdik. Ancaq bunu da görmədik. Səbəb nədir? - Biz də seçmə mərhələsinin son oyununda qələbə qazanmaq istəyirdik. Səfərdə oynamağımıza baxamayaraq yalnız üç xal haqda düşünürdük. Bizim üçün çox ağır oyun oldu. Demək olar ki, Prosineçkinin gəlişindən sonra ən zəif oyunumuzu oynadıq. Bilmirəm, bizə nə olmuşdu. Heç nə alınmırdı. Nə hücum edə, nə də top saxlaya bilirdik. - Oyundan sonra baş məşqçi hansı səhvlərinizin olduğunu dedi? - Matçdan dərhal sonra oyunu analiz edə bilmirik. Bircə onu deyə bilərəm ki, çox zəif oynadıq. - Sanki komandamızda istək yox idi. Rəqib daha istəkli görünürdü. - Düzdür, rəqib öz meydanında oynayırdı. Onlar da seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdi. Ancaq inanmıram ki, komandamız meydana istəksiz çıxmışdı. Sədəcə, bizdə heçnə alınmadı. Nə qədər çalışsaq da, oyunun gedişini dəyişə bilmədik. Özümüzə bənzəmirdik. - İstək vardısa, onda komandamızın bacardığı bu qədərdir? - Yox, sizinlə razı deyiləm. Bundan yaxşı oynamağa qadirik. Elə bu seçmə mərhələdəki oyunlarımıza diqqət yetirsək, görərik ki, biz bu cür oyuna layiq deyilik. Sanki bizi günümüz deyildi. Futbolçularımızın heç birinin oyunu alınmadı. İtaliya ilə ağır matçın yorğunluğu da buna səbəb ola bilər. Həmin görüşdə çox qüvvə itirdik. - Ümumiyyətlə, millimiz seçmə mərhələni yaxşı nəticə ilə başa vurmadı, 6 xal və qrupda beşinci yer... - Bildiyiniz kimi, seçmə mərhələyə pis başlamışdıq. Ardıcıl dörd oyunda məğlub olmaq komandada böyük ruh düşkünlüyü yaratmışdı. Baş məşqçi dəyişikliyindən sonra isə komandamızda özünəinam yarandı. Düzdür, qrupda beşinci olmaq, altı xal toplamaq çox zəif göstəricidir, ancaq oyunumuzu inkişaf etdirsək, növbəti seçmə mərhələdə nəticəmiz də düzələcək. Nəticə baxımından irəliləyiş olmasa da, oyun sarıdan müsbət dəyişikliklər hiss olunur. - “Xəzər Lənkəran”ın əvvəlki iddiasının olmaması milli karyerana da təsir edə bilər. Bir kapitan kimi komandanın gələcəyini necə görürsən? - Biz bu heyətlə meydana ancaq uduzmamaq üçün çıxırıq. UEFA-nın məlum qadağasından sonra komandamız bu günə düşdü. Ancaq inanıram ki, yanvarda yenidən yaxşı transferlər olacaq və siz həmişəki güclü “Xəzər Lənkəran” görəsəksiniz. Geri dön |