Ana Sayfa > Xəbər > Azərbaycan yığması FİFA reytinqində geriləyəcək
Azərbaycan yığması FİFA reytinqində geriləyəcək14-10-2015, 13:16. Yazar: admin |
2016-cı il Avropa çempionatının seçmə mərhələsində keçirilmiş son görüşlərin nəticələri FİFA reytinqinə ciddi təsir edəcək. Apasport.az saytının məlumatına görə, noyabrın 5-də açıqlanacaq siyahıda Azərbaycan millisinin də mövqeyi dəyişəcək. Bakı Olimpiya stadionunda İtaliyaya 1:3, Sofiyada Bolqarıstana 0:2 hesabı ilə uduzan komandamız 2 məğlubiyyət üzündən 35 xal itirib. Belə ki, həmin görüşlərdən əvvəlki siyahıda hesabında 328 xal olan Azərbaycan yığması həmin 2 qarşılaşmada uduzduqdan sonra bu rəqəm 293-ə düşüb. Bu itki 105-ci olan millimizin reytinq siyahısında geriləməsi ilə nəticələnəcək. Məsələn, son cədvəldə 293 xal yalnız 118-ci yer üçün yetərli olardı. Bu isə komandamızın geriləməsinin 13 pilləyə yaxın olması ehtimalını yaradır. Hərçənd, komandamız bundan 60 mövqe yuxarı – 58-ci yerədək yüksələ bilərdi. Bunun üçün İtaliyanı sensasiya ilə məğlub edib, Sofiyadan da qalib ayrılmaq lazım idi. Onda xalı 576-ya yüksələcək komandamız nəinki irəliləməyə, heç mövqeyini qorumağa da müvəffəq olmayıb. FİFA reytinqində ən ciddi dəyişiklik isə liderlə bağlıdı. Belə ki, Andorranı 4:1, İsraili 3:1 hesabı ilə məğlub edən Belçika millisi tarixində ilk dəfə siyahının 1-ci pilləsinə yüksəlib. Argentina və Almaniyanın məğlubiyyətlərindən istifadə edən “qırmızı iblislər” hesabını 1440-a çatdırmaqla, 2 addımlıq irəliləyişə nail olub. Bundestim 2-ci yerdə qalıbsa, Argentina liderliyini 3-cü yer dəyişib. Geri dön |