Ana Sayfa > Xəbər > Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib

Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib


14-10-2015, 11:55. Yazar: admin
Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib
Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan “Els” Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.

Qeyd edək ki, “exit-poll” keçirmək müraciətlərə üçün oktyabrın 12-nə qədər müddət ayrılmışdı. MSK oktyabrın 22-dək müraciətlərə baxıb, qərar verəcək.

Geri dön