Ana Sayfa > Xəbər > Bakı Dövlət Universitetinin yataqxanası qarşısında vurulan 3 nəfər evə buraxılıb
Bakı Dövlət Universitetinin yataqxanası qarşısında vurulan 3 nəfər evə buraxılıb14-10-2015, 11:03. Yazar: admin |
Oktyabrın 14-də Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub. Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) aparılıb. KTM-dən Modern.az saytına verilən məlumatda bildirilib ki, 6 nəfər yaralıdan 3 nəfəri evə buraxılıb: “1999-cu il təvəllüdlü Fərhad Rzayev reanimasiya şöbəsindədir. Vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur. Digər iki nəfərin də müalicəsi davam etdirilir”. Geri dön |