Ana Sayfa > Xəbər > İsrail ordusu ayağa qaldırıldı – Gərginlik
İsrail ordusu ayağa qaldırıldı – Gərginlik14-10-2015, 10:27. Yazar: admin |
İsrail ordusunun Qəzza zolağındakı iki bölməsi döyüşə hazır vəziyyətə gətirilib. Axar.az xəbər verir ki, İsrail radiosunun məlumatına görə, ordu qüvvələri döyüşə hazır vəziyyətə gətirilib, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırlıq çərçivəsində Qüdsdə hərbi hazırlıq möhkəmləndiriləcək, yəhudi məskənlərinin qorunması daha da gücləndiriləcək. Bu istiqamətdə İsrail qüvvələrinin müsəlman bölgələrində hərbi əməliyyatlara başlayacağı istisna olunmur. Xatırladaq ki, son günlərdə Qüds və İordan çayının qərb sahilində vəziyyət gərginləşib. Məscidi-Əqsa ətrafında yaranan qarşıdurma, fələstinlilərin yaşadığı Şərqi Qüds və Qəzzanın müxtəlif bölgələrində təşkil edilən nümayişlər Tel Əvivdə narahatlıqla qarşılanıb. Geri dön |