Ana Sayfa > Xəbər > Bakıda ağacı“yazı taxtası”na döndərdilər - FOTOLAR

Bakıda ağacı“yazı taxtası”na döndərdilər - FOTOLAR


13-10-2015, 17:20. Yazar: admin
Bakıda ağacı“yazı taxtası”na döndərdilər - FOTOLAR
Deyirlər, sabahın təbiəti bu gündən yaradılır. Onu da deyirlər ki, ağac əkənin ömrü uzun olar. Söhbətə nahaq yerə ağacla başlamadıq.

Bəzən canlı təbiətdə elə məqamlarla qarşılaşırsan ki, sözün əsl mənasında matın-qutun quruyur. İnsan təbiəti qorumalı, sevməli olduğu halda, bəzən asanlıqla onun qatilinə çevrilə bilir.

Bakının Sahil bağında uzun illərdir kök salmış qocaman bir ağacın gövdəsinin “yazı taxtası” halına düşməsi Modern.az saytı əməkdaşının diqqətini cəlb edib.

Bu fotolarda necə deyərlər, sözün əsl mənasında ağaca hörmətsizlik ediblər. Yenə də babalı bunu edənlərin boynuna deyib, həmin fotoları təqdim edirik.

Bizdən göstərmək, sizdən isə baxıb nəticə çıxarmaq qalır.

Bakıda ağacı“yazı taxtası”na döndərdilər - FOTOLAR
Bakıda ağacı“yazı taxtası”na döndərdilər - FOTOLAR

Geri dön