Ana Sayfa > Xəbər > Cavid Qurbanov İranla birgə pul axtaracaq...

Cavid Qurbanov İranla birgə pul axtaracaq...


13-10-2015, 11:57. Yazar: admin
Cavid Qurbanov İranla birgə pul axtaracaq...
"Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsində Azərbaycan tərəfdə 8 kilometrlik yol və körpü var. Bunları tikməklə biz İran bazarını Azərbaycana birləşdirmiş oluruq".

APA- xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu da məsələnin tam həlli deyil. Orada 153 kilometrlik Astara-Rəşt yolu var. Bizim tərəfdə körpünün yerini də müəyyənləşdirmişik. İran tərəfdən isə 153 kilometr uzunluğu olan Rəşt-Astara yolu mövcuddur, lakin yolun layihəsi hazır deyil. Sadəcə olaraq İran hökuməti tikinti işlərini planlaşdırır. İran və Azərbaycan tərəfi qərarlıdır ki, layihənin tikilməsi üçün maliyyə axtarsın", - deyə C. Qurbanov vurğulayıb.

Geri dön