Ana Sayfa > Xəbər > Falçını öldürən hüquqşünas: "Xatırlamıram..."

Falçını öldürən hüquqşünas: "Xatırlamıram..."


3-04-2015, 11:15. Yazar: admin
Falçını öldürən hüquqşünas: "Xatırlamıram..."
Martın 14 -də Bakıda falçını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov barəsində həbs-qətimkan tədbiri seçilib. Hadisəni törədəndən sonra taksi ilə yaşadığı Goranboy rayonuna qayıdan Cahangirovu Səbail Rayon Polis İdarəsinin əməkdaşları yaxalayıblar. Saxlanılan şəxs mərhum Tahir Talıbovu çoxdan tanıdığını, onun yanına gedib gələndən sonra baş ağrılarından və əsəb gərginliyindən əziyyət çəkdiyini bildirib: "Bir-iki dəfə yanında olmuşam, baş ağrılarımla bağl,ı amma ağrılarım keçmədi, əksinə daha da şiddətləndi. Onu anlaqsız vəziyyətdə öldürmüşəm".

İstintaqla müəyyən edilib ki, Tahir Talıbova 9 bıçaq zərbəsi yetirilib. Xəsarətlər əsasən baş, ənsə və kürək nahiyələrində olub: "Hadisənin necə baş verdiyini xatırlamıram".

Qeyd edək ki, qətlə yetirilən Lerik rayon sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovu İçərişəhər ərazisində mənzillərdən birini kirayə götürərək orada falçılıqla məşğul olub. Hadisəni törədən şəxsin “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu bildirilir.

Geri dön