Ana Sayfa > Xəbər > Sabir Rüstəmxanlının oğlu idarə rəisi oldu
Sabir Rüstəmxanlının oğlu idarə rəisi oldu3-04-2015, 11:13. Yazar: admin |
“Azəryolservis”də bəzi dəyişiklər edilib. Bu barədə redaksiyamıza qurumdakı mənbə məlumat verib. Məlumatda deyilir ki, keçmiş müavin Vaqif Hacıyevin yerinə Əvəz Qocayev təyin edilib. Əvəz Qocayev nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxs kimi tanınır. Onun uzun müddətdir “Azəryolservis”də çalışdığı bildirilir. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Ziya Məmmədov Əvəz Qocayevi Mingəçevirə icra başçısı təyin etdirmək niyyətindədir. Bundan başqa Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı “Azəryolservsin” Investisiya Idarəsinin rəhbərliyinə gətirilib. Məlumat üçün deyək ki, Sabir Rüstəmxanlı Ziya Məmmədovun qardaşı Ildırım Məmmədovla qudadır. Redaksiyamıza daxil olan məlumatda o da qeyd edilir ki, “Azəryolservis”in rəhbərliyində təmsil olunan digər işçilərin işdənçıxma barədə ərizələri alınıb. Xatırladaq ki, fevralın 9-da ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Cavid Qurbanov Azərolserivisin rəhbəri vəzifəsindən azad edilərək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunub. Cavid Qurbanovun postuna isə Saleh Məmmədov təyinat alıb. Mənbə : Azadlıq Geri dön |