Ana Sayfa > Xəbər > DİN haker polislər yaradır

DİN haker polislər yaradır


12-10-2015, 15:54. Yazar: admin
DİN haker polislər yaradır
Ukrayna Daxili İşlər Nazirliyi kiberpolis bölməsi yaradacaq. Bu barədə ölkənin Daxili İşlər naziri Arsen Avakov bildirib.

Axar.az xəbər verir ki, kiberpolisin əsas vəzifəsi ödəniş sistemlərindən istifadə, elektron ticarət, intellektual mülkiyyət və informasiya təhlükəsizliyi sahələrində cinayətkarlarla mübarizə olacaq.

Yeni strukturda həm nazirliyin kibercinayətkarlıqla mübarizə idarələrinin hazırkı əməkdaşları, həm də yeni polislər çalışacaq.

Nazirlik yeni əməkdaşlar üçün müsabiqə elan edəcək. Polislər müsabiqə yolu ilə seçiləcək. Strukturun yeni ştat vahidinin noyabrın 5-dək formalaşacağı planlaşdırılır.

Geri dön