Ana Sayfa > Xəbər > Xalq artisti: "Tullanıb düşürəm, ayaq üstəyəm"
Xalq artisti: "Tullanıb düşürəm, ayaq üstəyəm"12-10-2015, 15:44. Yazar: admin |
Xalq artisti Ağaxan Abdullayev səhhətində problem olduğu üçün Türkiyəyə müalicə almağa gedib. ANS PRESS-ə açıqlama verən xalq artisti yaxşı olduğunu bildirib: “ Xəstələnmişdim və sağaldım.Heydər Əliyev Fondu Türkiyəyə gedib müalicə almağıma kömək etdi. Türkiyədən artıq qayıtmışam. Həkimlər yaxşı olduğumu deyirlər. Artıq evdəyəm yorğan-döşək şəraitində deyiləm. Tullanıb düşürəm, ayaq üstəyəm Allaha şükürlər olsun” Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 10 yaxın filmlərdə çəkilib" Geri dön |