Ana Sayfa > Xəbər > Təhsil Nazirliyindən müəllimin şikayətinə - Reaksiya

Təhsil Nazirliyindən müəllimin şikayətinə - Reaksiya


12-10-2015, 14:35. Yazar: admin
Təhsil Nazirliyindən müəllimin şikayətinə - Reaksiya
Təhsil Nazirliyi Qobustan Təhsil Şöbəsində problemlərlə qarşılaşan Biologiya müəlliməsinin şikayətinə reaksiya verib.

Vertikal.az Təzadlar-a istinadən xəbər verir ki, bu barədə sayta şikayətçi Şərqiyyə Ziyadqızı məlumat verib. Onun sözlərinə görə, üzləşdiyi problem ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni araşdırıb və onun şikayətinin əsaslı olduğu müəyyən edilib. Nəticədə, şikayətçi Şərqiyyə Ziyadqızı Qobustan rayonunun Cəyirli kənd ümumi orta məktəbində işlə təmin olunub.

Qeyd edək ki, Şərqiyyə Ziyadqızı “Müəllimlərin işə qəbulu” imtahanlarından sonra Qobustan rayonu Təsi kəndinə müəllimə təyin olunsa da, Qobustan rayon Təhsil Şöbəsinin rəhbərliyi və Təsi kənd məktəbinin direktoru tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.

Geri dön