Ana Sayfa > Xəbər > Deputatlığa namizədlər abadlıq işləri görə bilərmi? RƏSMİ AÇIQLAMA
Deputatlığa namizədlər abadlıq işləri görə bilərmi? RƏSMİ AÇIQLAMA12-10-2015, 14:32. Yazar: admin |
Azərbaycanda baş tutacaq 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq namizədlərin təbliğat kampaniyası başlayıb. Media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi namizədlər qeydə alındıqları dairələrin ərazisində yolları təmir edib, ərazidə abadlıq işləri aparır. Bəs bu nə dərəcədə doğru addımdır? Hafta.az-a açıqlama verən Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanovun bildirdiyinə görə, namizədlərin abadlıq işləri aparması qanunvericiliklə qadağan olunub: “Seçki məcəlləsinin 88-ci maddəsində göstərilib ki, namizədlər bu kimi vasitələrdən istifadə edə bilməzlər, seçiciləri “ələ almaq” qadağan olunub. Deputatın işi yol çəkmək, su çəkmək deyil, millət vəkili seçicilərinin hüquqlarını müdafiə etməlidir. Deputat ölkənin siyasi həyatında iştirak edib cəmiyyətin inkişafına öz töhvəsini verməlidir. Seçilən şəxs adında da qeyd olunduğu kimi millətin vəkili olmalıdır. Seçki zamanı nəinki namizədin özü, istənilən şəxsin quruculuq -abadlıq işləri aparması qadağan olunub. Kimlərsə yol, su çəkib bunun müqabilində hər hansısa namizədə səs istəmələri də qanun pozuntusudur. Belə hallar namizəd tərəfindən bir neçə dəfə təkrar olunarsa, qanun imkan verir ki, onun namizədliyi ləğv olunsun”. Geri dön |