Ana Sayfa > Xəbər > Hacı Nuran yenidən əməliyyat olunacaq
Hacı Nuran yenidən əməliyyat olunacaq12-10-2015, 12:35. Yazar: admin |
Aparıcı Hacı Nuran Hüseynov səhhəti ilə bağlı yenidən Almaniyaya yollanıb. Lent.az-ın məlumatına görə, bu barədə xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. O, bildirib ki, aparıcı növbəti dəfə əməliyyat olunacaq: “Hacı Nuranla toyda görüşdük. Xeyli şirin-şirin söhbətləşdik. Cismən əziyyət çəksə də, ruhən möhkəmdir. Əməliyyat üçün yola çıxacağını söylədi. Allah sənə yar olsun, xeyirxah insan. Dualarım səninlədir” . Qeyd edək ki, H.Nuran xərçəng xəstəliyindən əziyyət çəkir. Geri dön |