Ana Sayfa > Xəbər > Statistika Komitəsi işçi axtarır
Statistika Komitəsi işçi axtarır12-10-2015, 12:00. Yazar: admin |
Dövlət Statistika Komitəsi (DSK) 10 vəzifə üzrə vakansiya elan edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elanında deyilib. Komissiyanın məlumatında deyilib ki, komitə əmək statistika şöbəsinin baş məsləhətçisi, xidmət statistikası şöbəsi sosial və dövlət idarəetməsi statistikası sektoru aparıcı məsləhətçi vəzifəsi, Abşeron rayon statistika idarəsi rəis müavini vəzifəsi, Astara, Masallı, Saatlı, Tərtər, rayon statistika idarələrinə baş mühasib axtarır. Bundan başqa, komitə Zaqatala rayon statistika idarəsinə baş məsləhətçi, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi qeyri-dövlət xarici borc və investisiyalar statistikası sektoru baş məsləhətçi və sektor müdiri vəzifələri üzrə də vakansiya elan edib. Qeyd edək ki, adıçəkilən vəzifələr üzrə maaşlar 310-620 manat arasında dəyişir. Geri dön |