Ana Sayfa > Xəbər > Ermənistanı İrana yalvardan İKİ LAYİHƏ
Ermənistanı İrana yalvardan İKİ LAYİHƏ12-10-2015, 11:15. Yazar: admin |
“Ölkənin nicatı üçün Ermənistan-İran dəmiryolu layihəsindən başqa bir layihə də var”. Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu işğalçı ölkənin keçmiş iqtisadiyyat nazirinin müavini olmuş Qohar İsgəndəryan deyib. İsgəndəryan bildirib ki, Ermənistanın Avrasiya Gömrük İttifaqında Rusiyaya tamamilə satılmaması üçün İran təcili hərəkətə keçməlidir. İsgəndəryan Cənubi Qafqazdakı tərəfdaşından uzaqlaşmaması üçün İranın Ermənistan üçün iki layihənin maliyyəsini öz boynuna götürməsinin vacibliyindən danışıb: “Birinci layihə Ermənistan-İran dəmiryolu layihəsinin tezliklə həyata keçirilməsidir, İrəvan bu layihəyə maliyyə yardımı etmək gücündə olmadığından bütün xərcləri Tehran öz üzərinə götürməlidir. İkinci layihə isə Mehri Su Elektrik Stansiyasının yenidən qurulmasıdır. Bunun üçün isə elə bir maliyyə məsələsi lazım gəlmir. İran üçün o qədər də əlçatmaz vəsait deyil. Gərək düşünsünlər, güclü Ermənistan həmişə İrana lazım olacaq”. Keçmiş iqtisadiyyat nazirinin müavini olmuş Qohar İsgəndəryanın bu şərhini yalvarış kimi qiymətləndirən digər erməni ekspert Aşot Lalayan bildirib ki, əslində Qohar istəyəni hazırkı Ermənistan hakimiyyəti də çox arzu edir: “Amma İran bunlara getməyəcək. Çünki özü sanksiya burulğanından yenicə çıxıb”. Geri dön |