Ana Sayfa > Xəbər > Azəbaycan mediası ilə əməkdaşlıq parlament səviyyəsinə qaldırılacaq

Azəbaycan mediası ilə əməkdaşlıq parlament səviyyəsinə qaldırılacaq


12-10-2015, 11:01. Yazar: admin
Azəbaycan mediası ilə əməkdaşlıq parlament səviyyəsinə qaldırılacaq
Azərbaycan mediası ilə əməkdaşlıq prlament səviyyəsinə gətiriləcək Türkiyədə noyabr ayının 1-də növbədənkənar parlament seçkisi keçiriləcək.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən İzmirdən millət vəkilliyinə namizədliyi irəli sürülən Türkiyə Qəzetçilər Federasiyasının sabiq sədri Atilla Sertel Modern.az saytına maraqlı açıqlama verib.
Atilla Sertel deyib ki, o, millət vəkili seçiləcəyinə əmindir və Türkiyə Böyük Millət Məclisində (TBMM) mandat qazandıqdan sonra Azərbaycanla media sahəsində əlaqələri rəsmiləşdirməyə çalışacaq:

“Mən parlamentdə çalışacam ki, iki ölkə arasında media sahəsindəki əlaqələr parlament səviyyəsində müzakirəyə çıxarılsın.

Ümumiyyətlə, parlament mediasının əməkdaşlığı və bunun rəsmiləşdirilməsi üçün çalışacağam.

Əminəm ki, bu, baş tutacaq. Bizim Azərbaycan Parlament Jurnalistlər Birliyi ilə ciddi əlaqələrimiz var.Mən deputat seçildikdən sonra qardaş ölkələrin medialarının gerçəkdən yaxınlaşması üçün hər şeyi edəcəm”,-deyə o bildirib.

Geri dön