Ana Sayfa > Xəbər > Azərbaycanda ağır yol qəzaları: ölənlər var

Azərbaycanda ağır yol qəzaları: ölənlər var


12-10-2015, 10:42. Yazar: admin
Azərbaycanda ağır yol qəzaları: ölənlər var
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bozalqanlı kəndində "Mercedes" və "VAZ 21 011" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 21011"dəolan bir nəfər ağır xəsarətlər alıb və xəstəxanaya aparılarkən keçinib.

Siyəzən rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Rusiya sərhədi magistralında "Mercedes" markalı minik avtomobili aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Geri dön