Ana Sayfa > Xəbər > Rubl bahalaşdı: Dollar və avro çökdü

Rubl bahalaşdı: Dollar və avro çökdü


9-10-2015, 17:25. Yazar: admin
Rubl bahalaşdı: Dollar və avro çökdü
Rusiyada rublun məzənnəsi dollar və avro qarşısında kəskin bahalaşıb.

Axar.az xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 1,76 rubl ucuzlaşaraq 60,87 rubla düşüb. Bu göstərici sonuncu dəfə iyulun sonlarında qeydə alınıb.

Avro isə 1,35 rubl azalaraq 69,11 rubl təşkil edib. Avronun kursu sonuncu dəfə bu həddə avqustun əvvəllərində olub.

Qeyd edək ki, bu gün “Brent” markalı xam neft bahalaşaraq 53,74 dollara yüsəlib.

Geri dön