Ana Sayfa > Xəbər > Təbliğat günü başlayar-başlamaz İLK QARŞIDURMA
Təbliğat günü başlayar-başlamaz İLK QARŞIDURMA9-10-2015, 13:33. Yazar: admin |
“Deputat İqbal Ağazadə seçki məcəlləsinin qanunlarını kobud şəkildə pozur”. Bu sözləri Hafta.az-a verdiyi açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən İqbal Ağazadənin rəqibi olan Araz Əlizadə deyib. ASDP sədrinin sözlərinə görə, İqbal Ağazadənin qardaşı, Asfalt-Beton Zavodunun direktoru İlqar Ağazadənin adamları 7 oktyabr tarixində onun səlahiyyətli nümayəndəsi Babayeva Günelin evinə gələrək xanıma təzyiq göstəriblər: “Mənim səlahiyyətli nümayəndəm DSK-ya şikayət edərək bildirib ki, İqbal Ağazadənin qardaşı, Asfalt-Beton Zavodunun direktoru 35 saylı Xətai üçüncü seçki dairəsində yaşayan sakinləri ələ almaq üçün onların məhəllələrinə asfalt çəkib, yelləncəklər quraşdırıblar. DSK şikayətə baxaraq, İqbal Ağazadəyə xəbərdarlq ünvanlayıb. Bundan qəzəblənən İqbal Ağazadə və onun qardaşı iki işçisini Günel Babayevanın evinə göndəriblər. Onlar nümayəndəmin anasına hədə-qorxu gəlib deyiblər ki, “biz Güneli aparmağa gəlmişik” anası bunların üstünə qışqırdıqdan sonra naməlum şəxslər 50 BX 661 dövlət nömrə nişanlı maşına oturaraq ərazidən uzaqlaşıblar. Günel Babayeva polisə müraciət etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıb. Bu şəxslər polisə heç bir məntiqə sığmayan səbəb gətiriblər ki, guya partiyaya yazılmaq üçün gəliblər. Partiyaya yazılmaq istəyən qurumun qərərgahına gələr, kiminsə evinə yox. Daha sonra deyiblər ki, “biz ASDP-yə İlqar Ağazadənin tapşırığına görə gəlmişik. Burada müşahidə aparaq, Araz Əlizadənin fırıldaqları haqda məlumat toplayaq”. Bunların əsas məqsədi qız uşağına hədə-qorxu gəlmək olub”. 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd və hazırkı millət vəkili İqbal Ağazadə Araz Əlizadənin dediklərini absurd fikir adlandırdı: “Bütün bu deyilənlər absurd fikirlərdir. Mənim nümayəndələrim heç kimin qapısını döyüb, kimlərisə narahat etməyiblər. Mən kiminsə qapısına nəzarət edib, onu kimin döyməsini ayırd edə bilmərəm. Öz nümayəndələrimə cavabdehəm, əminliklə də deyirəm ki, heç bir əməkdaşımız belə addım atmayıb. Adam yaşından utansın, ayıb deyilən bir şey var, insan gərək özünə hörmət qoymağı bacarsın”. Geri dön |