Ana Sayfa > Xəbər > AMİP Yusif Bağırzadənin sədrlikdən getməsini hələ müzakirə etməyib
AMİP Yusif Bağırzadənin sədrlikdən getməsini hələ müzakirə etməyib9-10-2015, 11:53. Yazar: admin |
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiyanın rəhbərliyindən və üzvlüyündən istefa verib. İstefanın səbəbini səhhətində yaranan problemlə əlaqələndirsə də, məsələnin əsl detalları açıqlanmayıb. AMİP Siyasi Şurasının üzvü Əli Orucov modern.az-a açıqlamasında Yusif Bağırzadənin istefasının partiyada müzakirə olunmadığını deyib: “Yusif Bağırzadənin istefa verməsi ilə bağlı partiyada toplantı keçirilməyib. Oktyabrın 10-da partiyanın Siyasi Şurasının iclası keçiriləcək. Həmin iclasda çox güman ki, Yusif Bağırzadənin partiyadan getməsi məsələsi müzakirə olunacaq”. Əli Orucov Yusif Bağırzadənin istefasını da şərh edib: “Partiya sədrliyindən istefa vermək Yusif bəyin şəxsi qərarıdır. Bizim də hər kəsin şəxsi qərarına hörmət etməkdən başqa fikrimiz yoxdur. Bu, onun qərarıdır. Səhhəti ilə bağlı problemlər yaranıb. Allah şəfasını versin və səhhətində yaranan problem tezliklə aradan qalxsın. Yenə təkrar edirəm, biz, hər kəsin atdığı addıma hörmətlə yanaşırıq”. “AMİP-in qurultay keçirəcəyi deyilir. Amma hələ də qurultaydan xəbər yoxdur. Qurultay nə vaxta planlaşdırılır” sualına partiya üzvü belə cavablandırıb: “Partiyanın Siyasi Şurasının aprelin 12-də keçirilən iclasında qərar qəbul olunmuşdu ki, növbəti qurultay parlament seçkilərinə qədər keçirilsin. Bununla bağlı təşviqat komitəsi yaradılmışdı. Artıq təşkilat komitəsi yerlərdə hesabat və seçki yığıncaqlarını, konfranslarını başa çatdırıb və qurultaya nümayəndələr seçilibSadəcə, qurultayı nə vaxt çağırmaq və keçiriləcək yerin müəyyən edilməsi qalır. Bu isə partiyanın Mərkəzi Şurasının səlahiyyətinə aid olan məsələdir”. Yusif Bağırzadənin istefa verməsi sədrlik vəzifəsinin boş qalması ilə nəticələnib. Əli Orucov bu məsələyə də aydınlıq gətirib: “Sədrlik məsələsinə gəlincə, onu demək olar ki, partiyanın nizamnaməsində hər bir partiya üzvünün seçmək və seçilmək hüququ tanınır. Eyni zamanda, kimsə sədrliyə öz iddiasını ortaya qoymaq istəyirsə, bunu qurultayın gedişində də edə bilər. Yəni namizədliyini irəli sürə bilər”. Geri dön |