Ana Sayfa > Xəbər > Səudiyyə Ərəbistanın müdafiə naziri Putinlə görüşə gedir

Səudiyyə Ərəbistanın müdafiə naziri Putinlə görüşə gedir


9-10-2015, 11:21. Yazar: admin
Səudiyyə Ərəbistanın müdafiə naziri Putinlə görüşə gedir
Dünən gecə saat 23 radələrində Monte Kristo şadlıq evinin qarşısında Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edək ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı Daxili İşlər Naziri Ramil Usubova zəng edib.

Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən saytımıza belə faktın qeydə alınmadığını deyiblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də saytımıza hadisə barədə məlumatsız olduğunu bildirib.

Geri dön