Ana Sayfa > Xəbər > Azərbaycan - İtaliya oyununu şotland hakimlər idarə edəcək

Azərbaycan - İtaliya oyununu şotland hakimlər idarə edəcək


8-10-2015, 17:40. Yazar: admin
Azərbaycan - İtaliya oyununu şotland hakimlər idarə edəcək
Azərbaycan - İtaliya oyununun hakimləri məlum olub.

Trend-in məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun hakimləri məlum olub.

Oyunun baş hakimi Uilyam Kollum (Şotlandiya), baş hakimin köməkçiləri Damien MakQreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya), dördüncü hakim Alasteyr Materdir (Şotlandiya).

Əlavə köməkçi hakimlər isə Bobbi Madden (Şotlandiya) və Con Beytondur (Şotlandiya).

Geri dön