Ana Sayfa > Xəbər > Röyanın qardaşı: “Həyəcan yaşadım”

Röyanın qardaşı: “Həyəcan yaşadım”


8-10-2015, 10:23. Yazar: admin
Röyanın qardaşı: “Həyəcan yaşadım”
“O səs Türkiyə” ilə bağlı aldığım bütün gözəl sözləri və təbrikləri oxudum. Buna görə hər kəsə təşəkkür edirəm. Çünki dəstək mənim üçün çox vacib idi.

Axar.az xəbər verir ki, bunu müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov deyib.

İsmayıl “O səs Türkiyə” yarışmasındakı çıxışından danışıb: “O qədər adam arasından seçilib, ora çıxmağın mənim üçün ayrı bir önəmi var idi. Amma bu cür müsbət və mənfi hadisələr həyatımızda hər zaman ola bilər.

Heç vaxt ümidimi itirmədim. Hər insan kimi mən də həyəcan yaşadım. Həm də daha çox. İnşallah gözəl işlərdə görüşməyi diləyirəm”.

İ.Nəcəfov yarışmada Özcan Dənizin repertuarından "Nəsib deyilmiş” mahnısını oxuyub. Münsiflərdən heç kim ona tərəf dönməyib.



Geri dön