Ana Sayfa > Xəbər > “Müdafiə” sözü “hərbi” ilə əvəz edildi

“Müdafiə” sözü “hərbi” ilə əvəz edildi


8-10-2015, 10:02. Yazar: admin
“Müdafiə” sözü “hərbi” ilə əvəz edildi
Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Ərizə-Anket”də dəyişiklik ediib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən anketin 11.4-cü bəndində “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallardan hansı mövcuddur” maddəsinin 4-cü bəndinə əsasən əcnəbi şəxs “iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda” Azərbaycanda müvəqqəti yaşamağına icazə verilir.

Geri dön