Ana Sayfa > Xəbər > Məşədibabanın ölümü ilə bağlı - Şok iddia
Məşədibabanın ölümü ilə bağlı - Şok iddia8-10-2015, 09:49. Yazar: admin |
Tanınmış yazıçı Həmid Herisçi qəribə bir iddia ilə çıxış edib. Axar.az xəbər verir ki, Həmid Herisçi Feysbuk sosial şəbəkəsində paylaşdığı statusla bir sıra maraqlı məsələlərdən bəhs edərkən meyxana ustası Məşədibabanın ölümünə də toxunub. O, Məşədibabanın ölümünü furor fenomeni ilə əlaqələndirib: “Qədim dillərdə “Furor” kəlməsi “daxili ilahi alovun ən yüksək mərtəbəsi” mənasını verir. Bu qüvvənin təsirindən, təəccüblənməyin, sözün əsil mənasında alovlanmaq olar. Oxşar nümunələr indi də az deyil. Qərbdə bu fenomen indi “pirofakelizm” adlanır. Hər il dünyada ən azı onlarla insan öz-özünə alovlanır, biləsiniz. Bizdə həmin furor fenomeni “Yanıq Kərəm” dastanında, eyniadlı aşıq havasında öz bütün dramatizmi ilə əks edilsə də, əksərimiz bunu bir əfsanə bilər. Reallıqla əlaqələndirməzlər. Halbuki bu, məhz reallıqdır. Azərbaycanda Yanıq Kərəmdən sonra bu furorun canlı davamçısı meyxana ustası mərhum Məşədibaba idi. Bəli, sonuncu dəfə səməndər, simurq quşu kimi alovlanan məhz odur. Yadıma gəlir, Qobustanda çadır toyundaydıq. Bir də eşitdik ki, Məşədibaba qafiyəni götürüb girdi meydana. Dörd saat çəkən meyxananı oxuyub bitirənədək o, yeddi dəfə köynəyini dəyişdi. Yeddi dəfə tərlədi gözlərim qarşısında. Dayanmaq nədir, bilmirdi. Biz onu axırda şillələdik ki, öz aləmindən ayılıb bu dünyaya qayıtsın. Hə, bu məhz furordur. Ona baxa-baxa gözlərim özümdən tam biixtiyar yaşardı. Ürəyim dedi ki, bu möcüzəni gör nə sərgüzəştlər gözləyir. Az sonra xəbər gəldi ki, Məşədibaba həqiqətən od tutaraq yanıb. Əsil furor edib”. Xatırladaq ki, meyxana ustası Məşədibaba 2011-ci il 10 yanvarda öz üstünə benzin tökərək intihar edib. - Geri dön |