Ana Sayfa > Xəbər > Gürcü fəal məhkəmədə Xocalıya ədalət istədi - Foto

Gürcü fəal məhkəmədə Xocalıya ədalət istədi - Foto


2-04-2015, 17:42. Yazar: admin
Gürcü fəal məhkəmədə Xocalıya ədalət istədi - Foto
Tiflisdə azərbaycanlı Samirə İsmayılovanın məhkəməsinə gələn gürcü aktivisti soydaşlarımızın müdafiəsi üçün simvolik olaraq “Xocalıya ədalət” istəyib.

Bu barədə Axar.az-a məhkəmə iştirakçıları məlumat veriblər.

“Xocalıya ədalət” köynəyi geyinən gürcü gəncinin Georgi Ruxayiyadır. Onun köynəyinin üzərində Xocalıda qətlə yetirilən, yaralanan, əsir düşən azərbaycanlıların sayı göstərilib. Bundan əlavə köynək üzərindəki yazılarda dünya birliyinin hələ də Azərbaycanın başına gətirilən bu bəlaya görə susduğu da qeyd edilib.

Xatırladaq ki, bu köynəklər bir müddət öncə Gürcüstandakı Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən gürcü dilində buraxılmışdı.

Fotoları təqdim edirik:

Gürcü fəal məhkəmədə Xocalıya ədalət istədi - Foto

Geri dön